SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Almaniyada təyyarə yaşayış binasına çırpıldı: Ölən var

👤 📅 👁 13 baxış ⏱ 1 dəq oxuma
Almaniyada təyyarə yaşayış binasına çırpıldı: Ölən var

Almaniyanın Aşağı Saksoniya əyalətində yerləşən Qanderkese şəhərində yüngülmühərrikli təyyarənin yaşayış binasına çırpılması faciə ilə nəticələnib.

XeberHub.com xəbər verir ki, NDR teleradioşirkətinin yaydığı məlumata görə, qəza bu gün səhər saatlarında Almaniyanın şimalında yerləşən Oldenburq rayonunun Qanderkese şəhərində baş verib.

İlkin məlumata əsasən, yüngülmühərrikli təyyarə yaşayış binasının damına düşüb. Hadisə nəticəsində azı bir nəfərin həyatını itirdiyi təsdiqlənib.

Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir. Məlumata görə, xilasedicilər ikinci şəxsin axtarışını aparırlar. Ehtimal edilir ki, o da qəza zamanı təyyarənin göyərtəsində olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

A

Oxşar Xəbərlər