SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Romano: Yan Diomand Realın əsas transfer hədəfidir

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Romano: Yan Diomand Realın əsas transfer hədəfidir

"Real"ın yay transfer pəncərəsində əsas hədəflərindən birinin "Leypsiq"in gənc cinah oyunçusu Yan Diomand olduğu iddia edilir.

XeberHub.com xəbər verir ki, jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo klub rəhbərliyinə hücum xəttinin daha sürətli və dinamik futbolçularla gücləndirilməsinin vacibliyini çatdırıb. Bildirilir ki, bu səbəbdən Yan Diomand əsas transfer namizədlərindən biri kimi qiymətləndirilir.

Bundan əvvəl Bild nəşri "Real"ın 19 yaşlı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazır olduğunu yazmışdı.

Diomand ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 36 qarşılaşmada 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Futbolçunun "Leypsiq"lə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər davam edir.

Transfermarkt portalının məlumatına görə, gənc futbolçunun hazırkı bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

A

Oxşar Xəbərlər