SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Ebolaya qarşı yeni peyvənd ilk dəfə insan üzərində sınaqdan keçirildi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Ebolaya qarşı yeni peyvənd ilk dəfə insan üzərində sınaqdan keçirildi

Böyük Britaniyada Konqo Demokratik Respublikasında yayılan Ebola virusunun Bundibugyo ştamına qarşı hazırlanmış yeni nəsil peyvənd ilk dəfə insan üzərində sınaqdan keçirilib.

XeberHub.com xəbər verir ki, xarici KİV-in yaydığı məlumata görə, Oksford Universitetinin alimləri ölümcül Ebola virusunun Bundibugyo ştamına qarşı cəmi səkkiz həftə ərzində yeni peyvənd hazırlayıblar.

Bildirilir ki, COVID-19 pandemiyası dövründə istifadə olunan texnologiya əsasında hazırlanmış eksperimental peyvənd klinik sınaqlar çərçivəsində ilk dəfə 37 yaşlı britaniyalı könüllü Ed Hanta tətbiq edilib.

Araşdırmanın ilkin mərhələsində ümumilikdə 50 sağlam könüllünün iştirak edəcəyi planlaşdırılır. Tədqiqat zamanı preparatın təhlükəsizliyi və insan orqanizmində yaratdığı immun cavab qiymətləndiriləcək.

Məlumata görə, yeni peyvənd hazırda istifadə olunan Ebola peyvəndlərinin kifayət qədər təsir göstərmədiyi Bundibugyo ştamına qarşı hazırlanıb. Layihə bu virus növünə qarşı insan üzərində klinik sınaq mərhələsinə keçən ilk proqram hesab edilir.

Mütəxəssislər vurğulayıblar ki, eksperimental peyvəndin tərkibində canlı virus yoxdur və onun tətbiqi iştirakçılar üçün xəstəlik riski yaratmır.

Oksford Universitetinin tədqiqat qrupu preparatın təhlükəsizliyi təsdiqləndikdən sonra klinik sınaqları Uqanda və Konqo Demokratik Respublikasında daha geniş miqyasda davam etdirməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, epidemiya bölgəsində indiyədək 2 500-dən çox yoluxma faktı qeydə alınıb, virus səbəbindən həyatını itirənlərin sayı isə 1 000-i keçib.

Bundan əlavə, Serum Institute of India klinik sınaqlar uğurla başa çatacağı halda istifadəyə hazır olmaq üçün peyvəndin 600 min dozasını artıq istehsal edib. Müsbət nəticə əldə olunacağı təqdirdə preparatların qısa müddətdə Afrikadakı epidemiya bölgələrinə çatdırılması nəzərdə tutulur.

A

Oxşar Xəbərlər