SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Dünya

Filippində yanan sərnişin bərəsində insan qalıqları tapıldı

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Filippində yanan sərnişin bərəsində insan qalıqları tapıldı

Filippində yanan sərnişin bərəsində insan qalıqları aşkarlandı

Xeberhub.com xəbər verir ki, Filippinin Palavan əyalətinin sahillərində yanğın baş verən “MV June Aster” sərnişin bərəsinin ekonom-klas bölməsində insan qalıqları aşkarlanıb.

Məlumatı Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab brifinq zamanı açıqlayıb.

Bildirilib ki, gəmidəki yanğın tamamilə söndürülüb. Hadisə yerinə cəlb edilən xilasedicilər bərədə təhlükəsizlik yoxlaması apararkən yanmış insan qalıqları ilə qarşılaşıblar.

Noemi Kayabyab faciədə həyatını itirənlərin ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, hazırda Sahil Mühafizəsi, polis və digər aidiyyəti qurumlar tərəfindən qalıqların gəmidən çıxarılması və ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, sentyabrın 9-da Palavan əyalətinin sahil sularında “MV June Aster” sərnişin bərəsində yanğın baş verib. Hadisə nəticəsində 5 nəfərin öldüyü, 43 sərnişinin xilas edildiyi, 84 nəfərin isə itkin düşdüyü bildirilmişdi.

A

Oxşar Xəbərlər