Hicran Hüseynova: Müəllimlər bəzən uşaqlara düzgün istiqamət vermirlər
Xeberhub.com xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müəllimlərin şagirdlərə psixoloji və sosial təsirindən danışıb.
O, komitənin iclasında çıxışı zamanı bəzi müəllimlərin uşaqlara düzgün təsir göstərmədiyini bildirib.
Hicran Hüseynovanın sözlərinə görə, müəyyən fənni yaxşı tədris edən müəllim bəzən şagirdə təhsilini davam etdirmək əvəzinə ailə qurmağı tövsiyə edə bilir.
Komitə sədri qeyd edib ki, düşüncələri hələ formalaşmaqda olan uşaqlara bu cür yanaşmanın təsiri mənfi ola bilər.
Onun sözlərinə görə, hazırda təhsil sahəsində ciddi islahatlar aparılır. Lakin müəllimlərin psixoloji baxımdan auditoriyaya, xüsusilə də şagirdlərə müsbət təsir göstərib-göstərmədiyini müəyyənləşdirmək imkanları mövcud deyil.