SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Təhsil

BDYPİ-dən xəbərdarlıq: Sentyabrın 15-də yollarda sıxlıq arta bilər

👤 📅 👁 6 baxış ⏱ 3 dəq oxuma
BDYPİ-dən xəbərdarlıq: Sentyabrın 15-də yollarda sıxlıq arta bilər

BDYPİ xəbərdarlıq etdi: Sentyabrın 15-də yollarda sıxlıq arta bilər

Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə əlaqədar avtomobil yollarında, xüsusilə səhər və axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı gözlənilir.

Xeberhub.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında da nəqliyyat sıxlığının yaranması mümkündür. Bu səbəbdən bütün hərəkət iştirakçılarının yollarda daha diqqətli və məsuliyyətli davranması vacibdir.

BDYPİ sürücülərə təhsil müəssisələrinin yaxınlığında sürəti əvvəlcədən azaltmağı və piyada keçidlərində diqqətli olmağı tövsiyə edib. Avtomobillərin ikinci cərgədə, piyada keçidlərinin üzərində və digər hərəkətə mane olan ərazilərdə saxlanılmaması xüsusi vurğulanıb.

Valideynlərə isə uşaqları məktəbə aparıb-gətirərkən nəqliyyat vasitələrini yalnız dayanmağa icazə verilən və təhlükəsiz yerlərdə saxlamaq tövsiyə olunub. Həmçinin uşaqların avtomobildən səki tərəfdən düşüb-minməsinə nəzarət edilməsinin vacibliyi qeyd edilib.

Şagirdlərə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamaq tövsiyə olunub. Onların yolda hərəkət zamanı mobil telefon və qulaqlıqdan istifadə etməməsinin də vacib olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərin yol hərəkəti qaydalarına əməl etməsinin uşaqlar üçün mühüm nümunə olduğunu diqqətə çatdırıb.

İdarə yeni tədris ilinin ilk günlərindən etibarən hər kəsi yollarda səbirli, diqqətli və məsuliyyətli olmağa çağırıb. Bildirilib ki, məktəbə gedən uşaqların təhlükəsizliyinin təmin olunması bütün cəmiyyətin ortaq məsuliyyətidir.

A

Oxşar Xəbərlər