Anar İskəndərov: Dərsliklərdə problemlər var və az da deyil
Azərbaycanda dərsliklərin hazırlanması və məzmunu ilə bağlı problemlərin olduğu açıqlanıb.
Xeberhub.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov parlamentin komitə iclasında bildirib.
A.İskəndərov dərsliklərlə bağlı problemlərin mövcud olduğunu və onların az olmadığını qeyd edib.
Komitə sədrinin sözlərinə görə, Milli Məclisin payız sessiyası çərçivəsində dərsliklərin vəziyyəti ilə bağlı dinləmənin keçirilməsi planlaşdırılır.
O bildirib ki, elm və təhsil naziri ilə bu məsələ barədə danışıb. Nazir də öz növbəsində payız sessiyasında dərsliklərlə bağlı dinləmə keçiriləcəyi təqdirdə tədbirdə iştirak edəcəyini bildirib.