Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 7 nəfər saxlanılıb
Xeberhub.com xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin yetişdirilməsi, satışı və saxlanılmasında şübhəli bilinən 7 nəfər saxlanılıb.
Saxlanılan şəxslər Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudovdur.
Keçirilən tədbirlər zamanı həmin şəxslərdən ümumilikdə 40 kiloqram ağırlığında 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.