Göygöldə 64 yaşlı kişi çaya düşərək ölüb
Göygöl rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın APA-ya istinadən yaydığı məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib.
1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apararkən ehtiyatsızlıqdan Gəncə çayına düşüb.
64 yaşlı kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.