Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisi ötürülməsi planlaşdırılır
Xeberhub.com xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısının strateji əhəmiyyət daşıdığını bildirib.
Nazirin sözlərinə görə, layihənin ilkin mərhələsində Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.
Pərviz Şahbazov qeyd edib ki, hazırda elektrik enerjisi bağlantısının optimal modeli və layihənin maliyyələşdirilməsi ilə bağlı müzakirələr davam etdirilir.
O, strateji layihələrin həyata keçirilməsinin sürətləndirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb.