SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Digər

Göyçayda sahibkar qadının bıçaqlanması ilə bağlı cinayət işinə xitam verildi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Göyçayda sahibkar qadının bıçaqlanması ilə bağlı cinayət işinə xitam verildi

Göyçayda sahibkar qadın kafedə bıçaqlandı, təqsirləndirilən şəxslə barışıq əldə olundu

Göyçay rayonunda sahibkar qadının bıçaqlanması ilə bağlı açılmış cinayət işinə məhkəmədə xitam verilib.

Xeberhub.com xəbər verir ki, hadisə rayonun Əli Kərim küçəsində yerləşən "Manqal" kafesində baş verib.

İstintaq materiallarına əsasən, rayon sakini Novruz Məmmədov (soyad şərtidir) bir müddət əvvəl Fatimə adlı qadınla tanış olub və onların arasında şəxsi münasibətlər yaranıb. Daha sonra qadın şəhərdə fəaliyyət göstərən "Manqal" kafesini icarəyə götürərək obyektin işini bərpa edib.

Hadisə günü Novruz Məmmədov dostu ilə birlikdə kafeyə gəlib. O, Fatimənin müştərilərə xidmət göstərdiyini gördükdən sonra bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi üzərində olan bıçaqla qadının döş qəfəsinə iki zərbə endirib və hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və fakt üzrə cinayət işi başlanılıb.

Cinayət işi məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı zamanı zərərçəkmiş və təqsirləndirilən şəxs arasında barışıq əldə olunub. Nəticədə məhkəmə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.

A

Oxşar Xəbərlər