SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Mikayıl Cabbarov: "SOCAR Karbamid" rəqəmsal transformasiyada uğurlu modeldir

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Mikayıl Cabbarov: "SOCAR Karbamid" rəqəmsal transformasiyada uğurlu modeldir

Mikayıl Cabbarov: "SOCAR Karbamid" zavodunun rəqəmsal transformasiyası qlobal uğur nümunəsinə çevrilib

"SOCAR Karbamid" zavodunda həyata keçirilən rəqəmsal transformasiya layihəsi istehsalın səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqi baxımından mühüm nəticələr verib.

Xeberhub.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, 2023-cü ildə SOCAR ilə "McKinsey" şirkəti arasında qurulan strateji tərəfdaşlıq çərçivəsində başlanılan və iki il yarım davam edən transformasiya proqramı süni intellekt, rəqəmsal platformalar və innovativ texnoloji həllərin sənaye proseslərinin modernləşdirilməsində geniş imkanlar yaratdığını nümayiş etdirib.

Bildirilib ki, "EnergyAI" platforması, proqnozlaşdırıcı texniki xidmət sistemləri, müəssisənin ehtiyaclarına uyğun rəqəmsal həllər və SOCAR Rəqəmsal Akademiyası vasitəsilə həyata keçirilən kadr hazırlığı nəticəsində istehsal həcmi yüksəlib, enerji səmərəliliyi və əməliyyatların etibarlılığı artıb, yerli mütəxəssislərin peşəkar inkişafına əlavə dəstək göstərilib.

Mikayıl Cabbarov qeyd edib ki, layihənin "McKinsey" şirkətinin rəsmi internet səhifəsində təqdim olunması onun beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. Onun sözlərinə görə, "SOCAR Karbamid" qabaqcıl texnologiyaların tətbiqi və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya modeli kimi qiymətləndirilir.

Nazir vurğulayıb ki, bu təcrübə SOCAR-ın digər fəaliyyət istiqamətlərində, eləcə də Azərbaycanın sənaye sektorunda rəqəmsal həllərin daha geniş tətbiqi üçün nümunə rolunu oynaya bilər.

A

Oxşar Xəbərlər