SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

BƏƏ Hörmüz boğazından yan keçən yeni liman tikir

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
BƏƏ Hörmüz boğazından yan keçən yeni liman tikir

Xeberhub.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “DP World” dövlət şirkəti Hörmüz boğazından yan keçərək neft və digər yüklərin daşınmasını təmin edəcək yeni liman və konteyner terminalı inşa etməyi planlaşdırır.

“The Financial Times”ın şirkət nümayəndəsinə istinadən yaydığı məlumata görə, layihə BƏƏ-nin şərqində, Fuceyra sahil zonasında həyata keçiriləcək.

Yeni infrastrukturun ölkənin əsas dəniz mərkəzi olan Cəbəl-Əli limanından asılılığı azaltması nəzərdə tutulur. ABŞ-İran gərginliyinin artmasından sonra regionun ən böyük konteyner limanlarından biri olan Cəbəl-Əlidə fəaliyyətin 90-95 faiz azaldığı bildirilib. Bu vəziyyət “DP World”ü alternativ logistika imkanları axtarmağa vadar edib.

Şirkət qeyd edib ki, şərq sahilində yaradılacaq yeni imkanlar mümkün risklərə qarşı sığorta rolunu oynayacaq. Layihə çərçivəsində yüklər Hörmüz boğazından keçmədən Oman körfəzi istiqamətindən daşınacaq, daha sonra isə quru yolu ilə Dubay, Əbu-Dabi və digər Körfəz ölkələrinə çatdırılacaq.

“DP World” nümayəndəsi bildirib ki, layihə hələ yekun təsdiq mərhələsindədir və BƏƏ hakimiyyəti ilə müzakirələr davam edir. Razılıq əldə olunacağı təqdirdə, tikinti işlərinin bir il yarımdan çox vaxt aparmayacağı gözlənilir.

Oxşar Xəbərlər