SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Venesuelada zəlzələlər: 4 mindən çox insan həlak olub

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Venesuelada zəlzələlər: 4 mindən çox insan həlak olub

Xeberhub.com xəbər verir ki, Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölən və yaralananların sayı artıb.

“Report”un məlumatına görə, Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqes açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində 4 561 nəfər həyatını itirib, 16 740 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, 17 907 nəfər yaşayış yerini itirib. Zəlzələlər nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatları zamanı 6 462 nəfər dağıntılar altından çıxarılıb, 33 085 nəfər tibbi yardım alıb.

Bildirilib ki, 128 324 ailəyə yardım göstərilib, 20 231 nəfər 107 müvəqqəti yaşayış düşərgəsində yerləşdirilib, zərərçəkənlərə 10 063 ton ərzaq çatdırılıb.

Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 39 saniyə ara ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. BMT-nin İnkişaf Proqramı fəlakətin vurduğu zərəri təxminən 6,7 milyard dollar dəyərləndirib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar Xəbərlər