SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi

Xeberhub.com xəbər verir ki, ABŞ Kubaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirərək daha 10 təşkilatı məhdudiyyətlər siyahısına əlavə edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Sanksiya tətbiq olunan qurumlar arasında Kuba Turizm Nazirliyinin də olduğu bildirilib.

ABŞ Dövlət Departamenti qeyd edib ki, yeni məhdudiyyətlər Prezident Donald Trampın mayın 1-də imzaladığı 14404 nömrəli fərmana əsasən qüvvəyə minib.

Bildirilib ki, sözügedən fərman Kubaya qarşı birtərəfli sanksiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutur. Həmçinin məhdudiyyətlərin müəyyən hallarda üçüncü ölkələrdə fəaliyyət göstərən tərəflərə də təsir edə biləcəyi vurğulanıb.

Oxşar Xəbərlər