SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Gürcüstan 102 əcnəbini deportasiya edib, onların arasında azərbaycanlılar da var

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Gürcüstan 102 əcnəbini deportasiya edib, onların arasında azərbaycanlılar da var

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 102 əcnəbi ölkədən deportasiya edilib.

Məlumata görə, Gürcüstan DİN-in sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib ki, keçirilən kompleks tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları ölkə ərazisindən çıxarılıb.

Deportasiya olunanlar arasında Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Tailand, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin və Qazaxıstan vətəndaşlarının da olduğu qeyd olunub.

Bildirilib ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən daxil olmasına qadağa tətbiq edilib.

Qeyd olunur ki, son dövrlərdə Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizə tədbirləri gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyində dəyişikliklər edərək deportasiya və xarici vətəndaşların yoxlanılması prosedurlarını sərtləşdirib.

Məlumata əsasən, 2026-cı ilin əvvəlindən etibarən 2300-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya olunub.

A

Oxşar Xəbərlər