Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflərin siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə etdikləri bildirilib.