Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov karyerasını "Zirə" klubunda davam etdirəcək.
Təcrübəli qolkiperin "Qaynarinfo"ya verdiyi məlumata görə, o, "qartallar"la 1 illik müqavilə imzalayıb.
Vəli Qafarov son olaraq "Birbaşa" komandasının heyətində çıxış edib.
Qeyd edək ki, qapıçı Azərbaycan minifutbol millisinin heyətində dünya və Avropa çempionu olub.