SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ İrana qarşı növbəti hərbi əməliyyatın başa çatdığını açıqladı

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
ABŞ İrana qarşı növbəti hərbi əməliyyatın başa çatdığını açıqladı

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İranda yerləşən hərbi hədəflərə qarşı növbəti hərbi əməliyyat mərhələsini həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində yaydığı məlumata görə, zərbələr komanda-idarəetmə mərkəzləri, hava hücumundan müdafiə sistemləri, hərbi-dəniz infrastrukturu, həmçinin pilotsuz uçuş aparatları və raket buraxılış mövqelərinə yönəlib.

CENTCOM bildirib ki, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə başlayıb. Açıqlamaya əsasən, yeni zərbə dalğasına ABŞ-nin Şərq Sahili vaxtı ilə saat 16:00-da, Bakı vaxtı ilə isə saat 00:00-da start verilib.

Bununla yanaşı, Mərkəzi Komandanlıq may ayının əvvəlindən etibarən Hörmüz boğazında təhlükəsizlik tədbirlərinin davam etdirildiyini də açıqlayıb. Qeyd olunub ki, bu müddət ərzində ABŞ hərbçiləri boğazdan keçən təxminən 900 ticarət gəmisinin təhlükəsiz hərəkətinə dəstək göstərib.

CENTCOM-un məlumatına görə, həmin dövrdə Hörmüz boğazı vasitəsilə ümumilikdə 450 milyon barelə yaxın neft daşınıb.


A

Oxşar Xəbərlər