SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Deputat: Azərbaycan-Almaniya əməkdaşlığında yeni iqtisadi istiqamətlər formalaşır

👤 📅 👁 6 baxış ⏱ 3 dəq oxuma
Deputat: Azərbaycan-Almaniya əməkdaşlığında yeni iqtisadi istiqamətlər formalaşır

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının əsas istiqamətləri enerji, logistika, yaşıl texnologiyalar və yüksək texnologiyalar sahələrini əhatə edir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın qazının Avropa bazarlarına, o cümlədən Almaniyaya çıxışı iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

Deputat qeyd edib ki, SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında uzunmüddətli qaz tədarükü müqaviləsi enerji əməkdaşlığının mühüm elementlərindən biridir. O vurğulayıb ki, Azərbaycanın Avropaya qaz ixracının artırılması ilə bağlı planlar bu sahədə tərəfdaşlığın daha da genişlənməsinə imkan yaradır.

Pərvanə Vəliyevanın sözlərinə görə, Azərbaycan və Almaniya arasında əməkdaşlıq artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Tərəfdaşlıq yaşıl enerji, rəqəmsal texnologiyalar və yeni iqtisadi istiqamətləri də əhatə edir.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində alman şirkətlərinin texnoloji imkanlarından istifadə edilməsi və yaşıl enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunur.

Onun sözlərinə görə, 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində bərpaolunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Deputat əlavə edib ki, Almaniya şirkətlərinin texnoloji təcrübəsi ilə Azərbaycanın enerji və resurs potensialının birləşdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən olacaq.

Pərvanə Vəliyeva qeyd edib ki, Orta Dəhliz də Azərbaycan-Almaniya əməkdaşlığında mühüm yer tutur. Onun sözlərinə görə, Azərbaycan bu layihədə Avropa ilə Asiya arasında mühüm logistika mərkəzi kimi çıxış edir.

Deputat vurğulayıb ki, "Deutsche Bank", "Siemens", "Thyssen" və "Mercedes-Benz" kimi alman şirkətləri ilə uzun illərdir davam edən əməkdaşlıq sənaye əlaqələrinin genişlənməsinə və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.

A

Oxşar Xəbərlər