SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

ABŞ-da miqrant saxlama mərkəzlərinin genişləndirilməsi üçün 10 milyard dollarlıq layihə hazırlanır

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
ABŞ-da miqrant saxlama mərkəzlərinin genişləndirilməsi üçün 10 milyard dollarlıq layihə hazırlanır

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ administrasiyası ölkə daxilində miqrantların saxlanılması üçün nəzərdə tutulan mərkəzlərin genişləndirilməsi istiqamətində yeni layihəyə başlayıb.

"Time" nəşrinin məlumatına görə, ABŞ hökuməti Quantanamo və Virciniya adaları da daxil olmaqla 14 fərqli ərazidə miqrant saxlama obyektlərinin yeni bölmələrinin tikintisi üçün podratçı şirkətlər axtarır.

Məlumata əsasən, İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) nəzarətində olan şəxslərin sayının artması mövcud müəssisələrdə yer çatışmazlığı yaradıb. ABŞ rəhbərliyinin gündəlik olaraq 2 min miqrantın saxlanılması ilə bağlı planı təsdiqlədiyi bildirilir.

Nəşrin məlumatına görə, ICE daha əvvəl kommersiya məqsədli anbarların alınaraq miqrantların saxlanma mərkəzlərinə çevrilməsi üçün təxminən 1 milyard dollar vəsait ayırıb. Lakin ekoloji fəalların məhkəmə müraciətləri səbəbindən həmin layihələrin əksəriyyətinin icrası gecikdirilib.

Yeni proqramın ümumi maliyyə dəyərinin 10 milyard dollara çatacağı qeyd olunur. Layihə çərçivəsində Honolulu adası, eləcə də Mayami, Texas, Arizona, Nyu-York, İllinoys, Luiziana və Puerto-Rikoda yerləşən mövcud obyektlərin genişləndirilməsi planlaşdırılır.

A

Oxşar Xəbərlər