SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Dünya birjalarında qiymətli metallar bahalaşdı

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Dünya birjalarında qiymətli metallar bahalaşdı

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, dünya birjalarında qiymətli metalların qiymətlərində bahalaşma qeydə alınıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun "Comex" bölməsində platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti yüksəlib.

Bakı vaxtı ilə saat 13:45-ə olan göstəricilərə əsasən, NYMEX-də sentyabr ayı üzrə palladium fyuçerslərinin qiyməti 0,85 faiz artaraq bir troy unsiyası üçün 1 279 dollara çatıb.

Oktyabr ayı çatdırılması nəzərdə tutulan platin fyuçersləri isə 1,8 faiz bahalaşaraq bir troy unsiyası üçün 1 632,9 dollar təşkil edib.

"Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1,27 faiz yüksələrək bir troy unsiyası üçün 4 066 dollara çatıb. Sentyabr ayı üzrə gümüş fyuçersləri isə 4,06 faiz artımla bir troy unsiyası üçün 59,39 dollara satılıb.


A

Oxşar Xəbərlər