Rusiya hücumu Odessa stadionuna ziyan vurdu, bir nəfər yaralandı
Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə endirdiyi zərbə nəticəsində "Çernomorets" futbol klubunun stadionuna ziyan dəyib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, hücum faktını Odessa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak da təsdiqləyib.
Məlumata əsasən, zərbə nəticəsində stadionun dam örtüyü və tamaşaçı oturacaqları zədələnib. Hadisə zamanı azı bir nəfər yaralanıb. Yerli hakimiyyət orqanları dəymiş ziyanın miqyasının dəqiqləşdirildiyini bildirib.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır, stadionun infrastrukturu və digər obyektlərə dəyən ziyanın həcmi qiymətləndirilir.