Milli Hidrometeorologiya Xidməti küləkli hava ilə bağlı sarı xəbərdarlıq etdi
Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, xəbərdarlıq Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarını əhatə edir.
Məlumata əsasən, qeyd olunan ərazilərdə cənub-şərq küləyinin sürətinin 13,9–20,7 metr/saniyə arasında dəyişəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidməti vətəndaşlara küləkli hava şəraitində ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.