SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Praqnoz

Azərbaycanda kəskin istilərlə bağlı XƏBƏRDARLIQ: Temperatur 41 dərəcəyə çatacaq

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Azərbaycanda kəskin istilərlə bağlı XƏBƏRDARLIQ: Temperatur 41 dərəcəyə çatacaq

Xeberhub.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 25-29-u əhatə edən dövr üçün yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.

Məlumata əsasən, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın yüksələcəyi proqnozlaşdırılır.

Xidmətin açıqlamasına görə, Azərbaycanın bir sıra rayonlarında da isti hava şəraiti davam edəcək. İyulun 25-29-da ölkənin müxtəlif bölgələrində havanın maksimal temperaturunun 35-40 dərəcə, Mərkəzi AranNaxçıvan Muxtar Respublikasının bəzi ərazilərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Mütəxəssislər yüksək temperaturun müşahidə olunacağı günlərdə əhalini günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağa və ehtiyatlı olmağa çağırırlar.

A

Oxşar Xəbərlər