SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İrandan Trampın açıqlamalarına cavab:Danışıqlar gündəmdə deyil

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
İrandan Trampın açıqlamalarına cavab:Danışıqlar gündəmdə deyil

Xeberhub.com xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Həsən Qaşqavi ABŞ ilə danışıqların bərpası ilə bağlı səsləndirilən iddiaları təkzib edib.

Deputat "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, İran rəhbərliyi hazırda ABŞ ilə münaqişənin həlli məqsədilə yeni danışıqlara başlamağı planlaşdırmır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bu mövzuda verdiyi açıqlamalar həqiqəti əks etdirmir və əsas məqsəd neft qiymətlərinə təsir göstərməkdir.

Həsən Qaşqavi qeyd edib ki, Trampın İranın guya Vaşinqtonla danışıqlara can atdığı barədə söylədikləri reallığa uyğun deyil. O, ABŞ prezidentinin bu cür bəyanatlarının bazarlara əvvəlki kimi təsir etmədiyini də vurğulayıb.

İranlı deputat paylaşımında Donald Trampa üzləşdiyi problemlərin həlli üçün daha təsirli yollar axtarmağı tövsiyə edib.

Xatırladaq ki, iyulun 21-də Donald Tramp İranın ABŞ ilə yeni görüş keçirmək istədiyini iddia etmiş, lakin Tehranın ciddi hazırlıq nümayiş etdirməyəcəyi təqdirdə Vaşinqtonun danışıqların bərpasında maraqlı olmadığını bildirmişdi.

A

Oxşar Xəbərlər