Tramp: İsveçrə ilə ticarət kəsirini bir imza ilə aradan qaldıra bilərəm
ABŞ Prezidenti Donald Tramp İsveçrə ilə ticarət balansında yaranan kəsirin aradan qaldırılmasının Vaşinqtonun qərarından asılı olduğunu bildirib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, Donald Tramp bu barədə "Punchbowl News" nəşrinə müsahibəsində danışıb.
ABŞ lideri qeyd edib ki, Vaşinqtonun İsveçrə ilə ticarətdə təxminən 39 milyard dollarlıq kəsiri var və İsveçrədən idxal edilən mallara, o cümlədən saatlara qadağa qoymaqla bu fərqi qısa müddətdə aradan qaldırmaq mümkündür.
"Mən sadəcə deyə bilərəm ki, sizin saatlarınıza və mallarınıza ehtiyacımız yoxdur. Bununla da 39-40 milyard dollar qənaət etmiş olarıq", – deyə Tramp bildirib.
O əlavə edib ki, dünyanın bir sıra ölkələrində, xüsusilə də İsveçrədə faiz dərəcələrinin aşağı olmasının səbəblərindən biri ABŞ-nin qlobal iqtisadiyyata göstərdiyi dəstəkdir.
Trampın sözlərinə görə, ABŞ yenidən dünyanın ən aşağı faiz dərəcələrinə malik ölkələrindən birinə çevrilməlidir və digər dövlətlərin iqtisadi üstünlüklərinin formalaşmasında Vaşinqtonun maliyyə dəstəyinin mühüm rolu var.