Xeberhub.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynada daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətində yerləşən Artelnoye və Zaporojye vilayətinin Blaqovatnoye yaşayış məntəqələrinə nəzarətin təmin olunduğunu iddia ediblər.
Qeyd edək ki, məlumat yalnız Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və bununla bağlı Ukrayna tərəfindən hələlik rəsmi təsdiq və ya münasibət bildirilməyib