SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ərbil üzərində beş kamikadze PUA məhv edildi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Ərbil üzərində beş kamikadze PUA məhv edildi

Xeberhub.com xəbər verir ki, Kurdistan24 telekanalının yaydığı məlumata görə, İraqın şimalında yerləşən Ərbil şəhərinin səmasında hava hücumundan müdafiə sistemləri beş kamikadze tipli pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Məlumata əsasən, pilotsuz uçuş aparatlarının məhv edilməsi zamanı şəhərin müxtəlif ərazilərində güclü partlayış səsləri eşidilib.

Bununla yanaşı, "Azad İran" "Telegram" kanalı Ərbildən yayımladığı videogörüntülərdə şəhərdə yerləşən ABŞ konsulluğu ətrafında hava hücumundan müdafiə sistemlərinin intensiv fəaliyyət göstərdiyini bildirib.

Qeyd olunur ki, bu hadisə bir gün əvvəl Ərbil səmasında daha üç kamikadze tipli pilotsuz uçuş aparatının vurulmasından sonra baş verib.

Məlumatda bildirilir ki, İran, ABŞ və İsrail arasında qarşıdurmanın başlamasından sonra Tehran dəfələrlə Ərbil və Süleymaniyyə istiqamətində raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

İran tərəfi isə bəyan edir ki, həyata keçirilən hücumların əsas hədəfi İran kürd müxalifət qruplarının düşərgələri, həmçinin Ərbildə yerləşən ABŞ hərbi bazası və konsulluğudur.

A

Oxşar Xəbərlər