SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran: ABŞ raket istehsalı obyektlərimizin yerini müəyyən edə bilmir

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
İran: ABŞ raket istehsalı obyektlərimizin yerini müəyyən edə bilmir

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi ABŞ-ın İranın bəzi raket istehsalı obyektlərinin yerini müəyyən edə bilmədiyini açıqlayıb.

Şikarçinin sözlərinə görə, ABŞ ən müasir texnologiyalara və geniş kəşfiyyat imkanlarına malik olsa da, İranın fəaliyyətini davam etdirən bəzi raket istehsalı müəssisələrinin yerləşdiyi məkanlar hələ də müəyyən edilə bilməyib.

İran rəsmisi bildirib ki, Amerika kəşfiyyatı həmin obyektlərin yerini aşkarlaya bilmədiyi üçün bu məsələdə çıxılmaz vəziyyətlə üzləşib.

Əbülfəzl Şikarçi əlavə edib ki, ölkədə pilotsuz uçuş aparatları (PUA) və raket istehsalı nə hərbi əməliyyatlar zamanı, nə də atəşkəs dövründə dayandırılıb. Onun sözlərinə görə, müdafiə sənayesi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

A

Oxşar Xəbərlər