SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Xarkovda yaşayış binasına PUA zərbəsi: 2 ölü, 27 yaralı

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Xarkovda yaşayış binasına PUA zərbəsi: 2 ölü, 27 yaralı

Xarkovda yaşayış binasına PUA zərbəsi: 2 ölü, 27 yaralı

Rusiya tərəfindən Ukraynanın Xarkov şəhərinə PUA hücumu həyata keçirilib. Zərbə nəticəsində 10 mərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, hücum zamanı binanın 7-ci mərtəbəsindən 10-cu mərtəbəsinədək olan hissəsi dağılıb.

Hadisə nəticəsində ilkin məlumata əsasən, 2 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Fövqəladə hallar xidmətlərinin əməkdaşları dağıntılar altında qalan şəxslərin olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Məlumatın yenilənəcəyi gözlənilir. 

A

Oxşar Xəbərlər