SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Donald Tramp İlham Əliyevlə bağlı məqaləni paylaşdı

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Donald Tramp İlham Əliyevlə bağlı məqaləni paylaşdı

Donald Tramp İlham Əliyevin Şuşa Media Forumundakı çıxışına dair məqaləni paylaşdı

XeberHub.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumat əsasında bildirilib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair hazırlanmış məqaləni özünün "Truth Social" hesabında paylaşıb.

Bildirilib ki, məqalə "Breitbart News" nəşrinin müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb və Prezident İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əks etdirir.

Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, eləcə də əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb.

Qeyd edək ki, 13-14 iyul tarixlərində "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.

A

Oxşar Xəbərlər