Xeberhub.com xəbər verir ki, APA-nın yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab olaraq ölkəsinə qarşı mümkün hərbi addımlarla bağlı sərt mövqe nümayiş etdirib.
Abbas Əraqçi bildirib ki, İranın müdafiə doktrinası aydın və dəyişməzdir. Onun sözlərinə görə, ölkəyə və ya strateji infrastruktur obyektlərinə qarşı həyata keçiriləcək istənilən hücum qətiyyətli, güclü və həlledici cavabla qarşılanacaq.
İranın xarici işlər naziri vurğulayıb ki, belə bir hücumun təşkilində iştirak edən, ona hər hansı formada dəstək göstərən və ya prosesə cəlb olunan bütün tərəflər Tehran tərəfindən legitim hədəf kimi qiymətləndiriləcək.
Əraqçinin açıqlaması ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra Vaşinqton və Tehran arasında davam edən gərginliyin fonunda səsləndirilib.