SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ermənistan "Tramp marşrutu" sazişinin ratifikasiyasını təsdiqlədi

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Ermənistan "Tramp marşrutu" sazişinin ratifikasiyasını təsdiqlədi

Ermənistan hökuməti ABŞ ilə "Tramp marşrutu" sazişinin ratifikasiyasını təsdiqləyib

XeberHub.com xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, Ermənistan hökuməti ABŞ ilə "Tramp marşrutu" (TRIPP) üzrə imzalanmış çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib.

Bildirilib ki, Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməyi nəzərdə tutan layihə 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb. Ermənistan Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra sənəd ratifikasiya üçün parlamentə təqdim olunacaq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam həyata keçirilməsi üçün daha iki sənəd – səhmdarlar arasında müqavilə və layihəni idarə edəcək şirkətin nizamnaməsi imzalanmalıdır.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə normallaşdırılması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.

Qeyd edək ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan layihə Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın