SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Əli Əsədov Fələstinin Baş naziri ilə görüş keçirdi

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Əli Əsədov Fələstinin Baş naziri ilə görüş keçirdi

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb

XeberHub.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 16-da ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəkləməyə davam edir.

Görüş zamanı Azərbaycanın Fələstin dövlətinə və xalqına göstərdiyi ardıcıl siyasi dəstək, humanitar yardımlar, təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirilib və buna görə minnətdarlıq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivlərini müzakirə ediblər.

A

Oxşar Xəbərlər