SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Azərbaycan və Serbiya hərbi əməkdaşlığı genişləndirir

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Azərbaycan və Serbiya hərbi əməkdaşlığı genişləndirir

Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclası keçirilib

XeberHub.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksəksəviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyev, Serbiya nümayəndə heyətinə isə Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakiç rəhbərlik edib.

İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplar çərçivəsində "Rəqəmsal ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə, insansız sistemlər, eləcə də birgə təlim və məşqlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətini təhlil edərək, əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

A

Oxşar Xəbərlər