SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Hidayət Heydərov dünya çempionatında 73 kq-da çıxış edəcək

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Hidayət Heydərov dünya çempionatında 73 kq-da çıxış edəcək

Hidayət Heydərov dünya çempionatında 73 kq çəki dərəcəsində mübarizə aparacaq

XeberHub.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Federasiyanın vitse-prezidenti Elnur Məmmədli dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib ki, Hidayət Heydərov oktyabr ayında Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaq.

Onun sözlərinə görə, Azərbaycan millisinin yekun heyəti hələ tam müəyyənləşməyib.

Elnur Məmmədli qeyd edib ki, Elcan Hacıyevin dünya çempionatında iştirakı hələlik sual altındadır. O bildirib ki, idmançı əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışında iştirak edir və yekun qərar daha sonra veriləcək.

Xatırladaq ki, Hidayət Heydərov son olaraq Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kiloqram çəki dərəcəsində çıxış edərək bürünc medal qazanıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4-11 oktyabr tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında keçiriləcək.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın