Azərbaycanın tanınmış karateçisi, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ailə faciəsi ilə üzləşib.
"Qafqazinfo"nun məlumatına görə, idmançının atası Mahir Ağayev vəfat edib. Bildirilir ki, onun bir müddətdir səhhətində problemlər var idi və bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Rafael Ağayev 2021-ci ildə anasını da itirmişdi.