Rusiya ordusunun Zaporojye vilayətinə endirdiyi intensiv zərbələr nəticəsində ölən və yaralananlar var.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, iyulun 13-ü səhər saatlarınadək bölgənin 51 yaşayış məntəqəsinə ümumilikdə 932 hücum həyata keçirilib.
Məlumata əsasən, hücumlar nəticəsində 1 nəfər həyatını itirib, 13 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Həmçinin yaşayış evləri, infrastruktur obyektləri, avtomobillər və təsərrüfat tikililərinə ziyan dəydiyi, bununla bağlı 42 müraciətin qeydə alındığı bildirilib.