Xeberhub.com xəbər verir ki, TASS agentliyinin yaydığı məlumata görə, Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum həyata keçirdiyini açıqlayıb.
Hərəkatın bəyanatında bildirilib ki, "ENCELIA" və "LAYLA" adlı neft tankerləri Qırmızı dənizdə tətbiq olunan dəniz blokadasını pozduqları iddiası ilə hədəfə alınıb.
Məlumata əsasən, hücum zamanı pilotsuz uçuş aparatları, eləcə də ballistik və qanadlı raketlərdən istifadə edilib. Husilər əməliyyat nəticəsində təxminən 10 gəminin marşrutunu dəyişməyə məcbur qaldığını da iddia ediblər.
Bununla yanaşı, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) Səudiyyə Ərəbistanının Əl-Şuqayk şəhərindən 70 dəniz mili cənub-qərbdə yerləşən tankerə naməlum mərminin dəydiyini açıqlayıb.
UKMTO-nun məlumatına görə, zərbə nəticəsində gəmidə yanğın baş verib. Hazırda ekipaj alovun söndürülməsi istiqamətində tədbirlər görür. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.