İranın Mircavə şəhərində güclü partlayış: Ölən və yaralananlar var
İranın Sistan və Bəlucistan əyalətinin Mircavə şəhərində hərbçilərin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın "Azad İran" Telegram kanalına istinadən yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə hərbçi həlak olub, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, ölən və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb.
Partlayışdan sonra ərazi təhlükəsizlik qüvvələri tərəfindən tam mühasirəyə alınıb. Yaralıların Zahedan şəhərindəki xəstəxanalara çatdırıldığı bildirilir.
İran rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Partlayışın səbəbi və hadisəyə görə məsuliyyəti üzərinə götürən hər hansı qrup barədə də məlumat yoxdur.