SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
Digər

Bakıda vəkil İlqar Həmidov həbs olundu

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Bakıda vəkil İlqar Həmidov həbs olundu

Bakıda vəkil İlqar Həmidov həbs edilib

11 saylı Vəkil Bürosunun vəkili İlqar Həmidov barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın Qafqazinfo-ya istinadən yaydığı məlumata görə, vəkil dələduzluqda ittiham olunur.

Məlumata əsasən, İlqar Həmidov vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Həmidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 11 saylı Vəkil Bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hadisə ilə bağlı büro tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

A

Oxşar Xəbərlər