SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda yaşayış binasında yanğın: 3 nəfər xəsarət alıb

👤 📅 👁 14 baxış ⏱ 1 dəq oxuma
Bakıda yaşayış binasında yanğın: 3 nəfər xəsarət alıb

Bakıda yaşayış binalarından birində baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.

TƏBİB-in yaydığı məlumata görə, hadisə ilə bağlı iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsindən çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. İki nəfərə – bir qadın və bir kişiyə tibbi yardım yerində göstərilib.

Digər qadın tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Lazımi tibbi müdaxilələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

A

Oxşar Xəbərlər