Milli Hidrometeorologiya Xidməti iyulun 14-nə gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Paytaxtda havanın temperaturu gecə saatlarında 20-25 dərəcə, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 756 mm civə sütunu, nisbi rütubətin isə gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Bununla yanaşı, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağışın yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlıq ərazilərdə isə gecə 14-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.