SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Misir Mərdanovun ata nəslinin 6 min illik genetik izi üzə çıxıb

👤 📅 👁 13 baxış ⏱ 2 dəq oxuma
Misir Mərdanovun ata nəslinin 6 min illik genetik izi üzə çıxıb

Misir Mərdanovun ata nəslinin Y-DNT nəticəsi müəyyənləşib

Xeberhub.com xəbər verir ki, Azərbaycan DNT layihəsinin administratoru, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar Misir Mərdanovun ata nəsli ilə bağlı maraqlı genetik nəticəni açıqlayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanın İcevan (Karvansara) rayonunun Salah kəndindən olan, Dəmirlilər nəslinə və Mərdanovlar soyadına mənsub şəxsin Y-DNT analizi J1 haploqrupunun CTS1460 subkladına aid olduğunu göstərib.

Orxan Xansuvar bildirib ki, sözügedən subklad Qafqazın qədim genetik mutasiyalarından biri hesab olunur və həm Ermənistan, həm də Gürcüstan ərazilərində aparılan paleogenetik tədqiqatlarda aşkarlanıb. Tədqiqatçı bu subkladın Kür-Araz mədəniyyətinin genetik davamlılığı ilə əlaqələndirildiyini qeyd edib.

Məlumata görə, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov da həmin nəsildəndir.

Orxan Xansuvarın sözlərinə görə, əldə olunan nəticə Misir Mərdanovun ata babalarının təxminən 6 min il əvvəl də həmin ərazilərdə yaşamış yerli və qədim soylardan olduğunu göstərir.

Tədqiqatçı əlavə edib ki, eyni subklad Qərbi Azərbaycanın Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəsillərində də müəyyən edilib. Onun fikrincə, gələcəkdə testlərin sayı artdıqca bu genetik qolun xüsusilə Qərbi Azərbaycanda və Azərbaycan türkləri arasında daha geniş yayıldığı üzə çıxa bilər.

Xansuvar həmçinin qeyd edib ki, Salah kəndi 1867-ci il dekabrın 9-da verilmiş çar fərmanı əsasında yaradılan Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.

A

Oxşar Xəbərlər