Xeberhub.com xəbər verir ki, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov vəfat edib.
Məlumata görə, bu barədə Pərvin Səfiyarovanın bacısı, keçmiş vizajist Nərmin İbrahimova sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bacısı hazırda ağır günlər yaşayır və iki övladı ilə tək qalıb.
Yaxınlarının paylaşdıqları məlumata əsasən, Emin Səfiyarov qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağı olub. Onun anası Almaz Həşimova isə 1984-cü ildən Füzuli şəhərindəki M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.