SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

AZAL donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə etdi

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
AZAL donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə etdi

Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasına növbəti "Airbus A320neo" təyyarəsi əlavə edilib.

Məlumata görə, bu, aviaşirkətin 2026-cı ildə təyyarə parkına daxil etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin istifadəyə verilməsi ilə AZAL-ın istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

Bildirilib ki, yeni nəsil "Airbus A320neo" təyyarəsinin donanmaya daxil edilməsi Azərbaycan Hava Yollarının hava parkının müasir təyyarələrlə yenilənməsi proqramının növbəti mərhələsidir.

Aviaşirkət qeyd edib ki, bu addım əməliyyat imkanlarının genişləndirilməsinə, artan sərnişin tələbatının daha effektiv qarşılanmasına və marşrut şəbəkəsinin inkişafına xidmət edir.

Yeni təyyarə "Airspace" kabini, geniş əl yükü bölmələri, yüksək sürətli Wi-Fi, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklərlə təchiz olunub. Bu xüsusiyyətlər sərnişin rahatlığını artırmaqla yanaşı, yanacaq sərfiyyatının və karbon emissiyalarının azalmasına imkan verir.

Qeyd olunub ki, 2026-cı ilin ilk yarısında AZAL donanmasına iki "Airbus A320neo" və bir "Airbus A321neo" təyyarəsi əlavə edib.

Aviaşirkətin planlarına əsasən, 2026-cı ilin sonunadək rekord sayda yeni hava gəmisinin donanmaya daxil edilməsi nəzərdə tutulur. Proqram çərçivəsində yeni nəsil "Airbus" təyyarələrinin mərhələli şəkildə istifadəyə verilməsi və 2032-ci ilədək donanmadakı təyyarələrin sayının 50-yə çatdırılması hədəflənir.


A

Oxşar Xəbərlər