Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Ukrayna son bir həftə ərzində Rusiya qüvvələrinin nəzarətində olan ən azı 21 kvadratkilometr ərazini geri alıb.
Məlumata görə, bu barədə "DeepState" analitik qrupunun yayımladığı təhlillərdə qeyd olunub.
Bildirilib ki, hesabat dövründə Rusiya Ukraynanın cənub istiqamətində 43,4 kvadratkilometr ərazi itirib. Bununla yanaşı, Kramatorsk rayonunda 11,6 kvadratkilometr, Pokrovsk və Konstantinovka rayonlarında 9,1 kvadratkilometr, Slavyansk rayonunda isə 1,7 kvadratkilometr ərazinin Rusiya nəzarətinə keçdiyi göstərilir.
Təhlilə əsasən, nəticə etibarilə Rusiyanın nəzarət etdiyi ərazilərin ümumi sahəsi 21 kvadratkilometr azalıb.
"DeepState" bildirib ki, bu göstəricilər Rusiya üçün 2023-cü ilin sentyabrından etibarən ən yüksək həftəlik ərazi itkisi hesab olunur.
Məlumata görə, iyulun 14-də Ukrayna ordusu Dnepropetrovsk vilayətinin sərhədi yaxınlığında yerləşən Malayevka, Siçneve, Novoqeorqiyevka və Zaporojye istiqamətlərində irəliləyib.
Qeyd olunub ki, bu irəliləyiş Ukrayna qüvvələrinin may ayında başladığı hücum əməliyyatlarının davamı kimi qiymətləndirilir. Nəticədə Rusiyanın nəzarət etdiyi ərazilərin sahəsinin bir həftə ərzində 19,1 kvadratkilometr azaldığı bildirilib.