Xeberhub.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ortaaylıq nominal əməkhaqqı artıb.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz yüksələrək 1 175 manata çatıb.
Bildirilib ki, hesabat dövründə ortaaylıq əməkhaqqı neft-qaz sektorunda 4 605,7 manat, qeyri-neft-qaz sektorunda isə 1 113,3 manat təşkil edib.
Məlumata əsasən, dövlət müəssisələrində çalışan işçilərin ortaaylıq əməkhaqqı 1 160,9 manat olduğu halda, özəl sektorda çalışanların orta əməkhaqqı 1 188,7 manat təşkil edib.