SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Donald Tusk: Qarşıdakı 100 gün müharibənin taleyini müəyyən edə bilər

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Donald Tusk: Qarşıdakı 100 gün müharibənin taleyini müəyyən edə bilər

Polşanın Baş naziri Donald Tusk qarşıdakı 100 günün Ukraynadakı müharibənin gedişatı baxımından həlledici ola biləcəyini bildirib.

Xeberhub.com xəbər verir ki, "The Guardian"ın yaydığı məlumata görə, Donald Tusk bu fikirləri Lyublin yaxınlığında jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.

Baş nazir bildirib ki, ötən axşam Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və qarşıdakı dövrün müharibənin taleyi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tuskun sözlərinə görə, qarşıdakı 100 gün müharibənin nəticəsini müəyyən edə bilər və hazırkı vəziyyətdə şanslar 50/50 qiymətləndirilir.

Polşa hökumətinin başçısı həmçinin ABŞ Prezidenti Donald Trampı, bir sıra digər dünya liderlərini və "SpaceX" şirkətinin baş icraçı direktoru İlon Maskı müharibənin nəticəsinə təsir göstərə biləcək əsas fiqurlar arasında göstərib.

Donald Tusk çıxışı zamanı Polşanın hava məkanına daxil olduğu bildirilən Rusiyaya məxsus "X-101" raketi ilə bağlı insidentə də toxunub. O bildirib ki, bu hadisə Varşavanın Ukraynaya dəstək mövqeyini daha da möhkəmləndirib.

Baş nazir vurğulayıb ki, Polşanın təhlükəsizliyi Ukrayna Silahlı Qüvvələrinin, xüsusilə də hava hücumundan müdafiə sahəsindəki fəaliyyətindən birbaşa asılıdır. Onun fikrincə, Ukraynanın daha çox müdafiə vasitələrinə malik olması belə raketlərin Polşa istiqamətinə buraxılması riskini azalda bilərdi.

Sonda Donald Tusk Polşanın Ukraynanın bu müharibədə məğlub olmaması üçün dəstəyini davam etdirəcəyini bəyan edib.

A

Oxşar Xəbərlər